Gəncədə piyadanı avtomobil vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumat görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
"VAZ-21015" markalı avtomobil 1962-ci il təvəllüdlü Qasımov Nurməmmədi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.