Odessada faciə: İstirahət düşərgəsində uşaqlar diri-diri yandı
Ukraynanın Odessa şəhərində "Viktoriya" uşaq istirahət düşərgəsində güclü yanğın baş verib.
APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 23:30-da, uşaqlar yatan zaman qeydə alınıb.
Yanğın baş verən anda düşərgədə 150 uşaq olub, onlardan 3-ü ölüb.
Hazırda yanğın tamamilə söndürülüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.