Neft həftəni bahalaşma ilə başa vurur
Həftənin son satışlarında xam neftin qiymətlərində bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, səhər satışlarında "Brent" markalı neftin bir bareli 55,51 dollardan təklif olunur. WTİ nefti də nisbətən bahalaşıb. Qərbi Texas nefti 49,83 dollardan təklif olunur. İki marka arasında 5-6 dollarlıq qiymət fərqi qalmaqdadır. Bu fərq ABŞ-da baş verən "Harvi" qasırğası səbəbindən yaranıb. Həmçinin səbəb kimi, ABŞ neftinə marağın azalması da göstərilə bilər.
Bahalaşmanın əsas səbəbi isə birjaların həftə sonu satışa ara verməsidir. "Harvi" qasırğasından sonra ABŞ-da, ümumiyyətlə dünyada neftə tələbatın artması, OPEK və təşkilatla əməkdaşlıq edən neft hasilatçısı olan ölkələrin istehsalın azaldılması barədə razılaşmanın müddətini bir müddət də uzatmaq planları qiymətlərin yüksəlməsinə təkan verəcək güclü amillərdir.