Berlində atışma: ölən və yaralananlar var - AVROPADA TƏHLÜKƏSİ ARTIB
Almaniyanın paytaxtı Berlində silahlı insident baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Berlin polisinin məlumatında bildirilir.
Gecə klubunun qarşısında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb. Ərazidə xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparır.
Hadisənin terror aktı olub-olmadığı barədə məlumat, hələ ki, verilmir.