Valideyinlərin nəzərinə: "YENİ PEYVƏNDLƏR VAR"

Dekabrın 1-dən etibarən Azərbaycanda tətbiqinə başlanacaq yeni, sətəlcəm adlanan pnevmakok çöplərinə qarşı vaksinlər ölkəmizə gətiriləcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA TV-yə bildirilib ki, ilkin olaraq 171 600 dozada vaksininin gətirilməsi nəzərdə tutulur və bu da 1 yaşına kimi uşaqları peyvənd etmək üçün yarım il ərzində kifayət edəcək.

 

İlkin olaraq 2 aylığı tamam olan uşaqlar dekabr ayında pnevmakok əleyhinə peyvəndə cəlb olunacaq. Bu peyvənd 4-6 aylıq olmaqla 3 dəfə ineksiya ediləcək. Bu müddət ərzində peyvənd 1 yaşa kimi olan 150 minə yaxın uşağı əhatə etməlidir. Bununla da 11 infeksiyaya qarşı istfadə edilən 7 vaksinin sırasına biri də əlavə edildi.

 

Qeyd edək ki, vaksinasiya respublikaya daxil olandan sonra İnnovasiya və Təchizat Mərkəzi tərəfindən uşaqların sayına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölgüsünə əsasən bütün rayon və şəhərlərə paylanacaq.

 

Müəllif | Apa.Tv