Ukraynadan sonra Rusiyada dəhşətli yanğın: ölənlər və yaralananlar var
Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb.
İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb, 112 nəfər təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.