"İrma"nın ardınca "Mariya" qasırğası - ABŞ-IN BAŞI DƏRDDƏ
Atlantik okeanda, Cənubi Amerika sahilləri yaxınlığında və Karib dənizində “Mariya” tropik fırtınası formalaşıb.
APA TV-nin məlumatına görə, bu barədə ABŞ Qasırğa Xəbərdarlıq Mərkəzi məlumat yayıb. Məlumata görə, qasırğa hazırda Barbados adasından 225 km şimal-şərqdədir və saatda 24 km sürətilə şimal-qərbə doğru hərəkət edir. Sinoptiklər xəbər verir ki, küləyin maksimal sürəti saatda 120 km-ə çatır.
Bununla bərabər, meteoroloqlar fırtınanın güclənəcəyi və gələn həftə qasırğaya çevrilə biləcəyi barədə xəbərdarlıqlar edib. Gələn həftənin ortalarında “Mariya” Virciniya adaları və Puerto-Rikoya çatacaq.