Bakıda sərnişin avtobus sürücüsünü döydü (HADİSƏ ANI)
Bakıda avtobus sürücüsü vəhşicəsinə döyülüb. APA TV-nin məlumatına görə, hadisə sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.
Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Sürücünü döyən sərnişinin axtarışlarına başlanılıb.