Ölkə ərazisində 36 dərəcə isti olacaq
Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
havanın temperaturunun gecə 19-22, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.