Saakaşvili Kiyevdədir
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Kiyevə gəlib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu siyasətçinin mətbuat katibi Darina Çij bildirib.
O, M.Saakaşvilinin sentyabrın 20-də Dnepropetrovska yola düşəcəyini də açıqlayıb.
Qeyd edək ki, sentyabrın 10-da Polşa-Ukrayna sərhədini keçən Mixail Saakaşvili oktyabrın 17-də Kiyevdə keçiriləcək mitinqdə çıxış edəcəyini bildirmişdi.