Masallı sakini qohumunu döyərək öldürdü - SƏBƏB
Masallı sakini yaxın qohumu tərəfindən pul üstündə döyülərək öldürülüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün Masallı rayonunun Qızılağac kəndində qeydə alınıb.
30 yaşlı kənd sakini Afiq Allahverdiyev dayısı oğlu Vüsal Hüseynov tərəfindən küt alətlə döyülüb. Üz nahiyəsindən ağır xəsarət alan Afiq Allahverdiyev yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək olmayıb. Afiq Allahverdiyev xəstəxanada dünyasını dəyişib.
İlkin məlumatlara görə, qohumlar arasında pul üstündə dava düşüb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.