Həsən Ruhani: “ABŞ özünə qarşı etimadı sarsıdır”
ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur. APA TV-nin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışında bəyan edib.
“ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edərək özünə qarşı etimadı sarsıdır”, deyə H.Ruhani bildirib.
İran prezidenti Donald Trampın BMT-dəki çıxışını kobud, absurd və nifrət dolu adlandırıb.
Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.
BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.