Qulaqcıqla dəmir yolunu keçərkən qatar vurdu - LƏNKƏRANDA FACİƏ
Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb. APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə Lənkərandakı sahil parkında qeydə alınıb.
Məlumata görə, Lənkəran şəhər sakini, 1995-ci il təvəllüdlü Hüseynli Tural Rza oğlu dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.