Məsciddən oğurluq edən Hacıqabul sakinindən heroin də çıxdı
Hacıqabulda məsciddən oğurluq edən şəxs narkotiklə saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabulda yerləşən Hacıyadulla məscidi dini icmasından Hacıqabul Rayon Polis Şöbəsinə oğurluq barədə ərizə daxil olub. Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Cahangirov Sirac Şakir oğlu saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik vasitə sayılan heroin aşkar edilərək götürülüb.
Oğurlanan əşyalar – ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.