İran yeni ballistik raketini nümayiş etdirdi - HƏRBİ PARADDAN GÖRÜNTÜ
İran yeni ballistik raketini nümayiş etdirib. APA TV-nin məlumatına görə, "Hürrəmşəhr" adı verilən sursatın uçuş məsafəsi 2 min kilometrdir.
Raket Tehranda hərbi keçirilən hərbi paradda nümayiş etdirilib.
"Biz müdafiəmizi təmin etmək üçün hərbi qüdrətimizi daha da artıracağıq" - deyə, ölkə prezidenti Həsən Ruhani bildirib.
"Bizə heç kim mane ola bilməz. İran isə öz gücündən heç vaxt aqressiv məqsədlər üçün istifadə etməyəcək".
Ruhani bununla yanaşı, ölkəsinin 2015-ci ildə əldə olunan nüvə razılaşmasına sadiq olduğunu dilə gətirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir Əli Hacızadə isə yeni raketin bir neçə döyüş başlığı daşımağa qadir olduğunu qeyd edib.