Ukrayna hadisələri Ermənistanda təkrarlana bilər - VESTİ.AZ

Ukraynada baş verən hadisələrin Ermənistanda təkrarlanacağı istisna deyil. Vesti.az saytının ”Nezavisimaya qazeta”ya istinadən yaydığı məlumata görə, Vladimir Putinin İrəvana səfəri ərəfəsində Ermənistan polisi paytaxtın mərkəzi küçələrinə girişin bağlanacağı, alternativ yollarda nəqliyyatın hərəkətinin qrafik üzrə həyata keçiriləcəyi barədə xəbərdarlıq yayıb. “Nezavisimaya qazeta” gücləndirilmiş nəzarətin təhlükəsizlik səbəbilə tətbiq olunduğunu bildirir. Lakin İrəvandakı mənbələr qəzetə bildiriblər ki, səbəb təkcə Rusiya prezidentinin kortejinin sərbəst hərəkətini təmin etmək deyil. Ermənistan polisi bu addımı ilə Vladimir Putinin Qərbyönümlü QHT və siyasi partiyaların keçirdiyi etiraz aksiyalarını görməsinə mane olmaq istəyirlər.  

 

Ermənistanın Gömrük İttifaqına üzv qəbul olmasına qarşı çıxan “Ləyaqətli Vətən” qrupu artıq Rusiya prezidentinin səfərinə qarşı etiraz aksiyası keçirəcəyini bəyan edib. Bu qrup Ermənistan prezidenti Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina etdikdən və ölkənin Gömrük İttifaqına daxil olacağını bəyan etdikdən sonra yaranıb. Qrupa parlamentdə təmsil olunan “İrs” partiyası da daxil olmaqla bir neçə qərbyönümlü partiya daxildir. Onlar İrəvanda Rusiya prezidentini etiraz şüarları ilə qarşılayacaqlarını bildiriblər. Beləliklə, Putinin İrəvanda “Avromaydan”la qarşılaşacağı istisna olunmur.

Artıq İrəvanda Rusiya əleyhinə yürüş başlayıb. 

Müəllif | Apa.Tv