Ermənilər Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib
Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub.
Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.