Ərdoğan: "Vaxtı çatdı, İrana gedirəm"
"Sanksiyalar mövzusunda İranla müştərək hərəkət etməliyik". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı oktyabrın 4-də İrana səfərə gedəcəyini bəyan edib. Səfərinin məqsədini açıqlayan Ərdoğan Şimali İraq Kürd Muxtariyyətində sentyabrın 25-də planlaşdırılan "müstəqillik referendumu"nun keçiriləcəyi təqdirdə bölgəyə sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Türkiyə mətbuatına danışan Ərdoğan ABŞ-ın da Bərzaninin referendum keçirməsinə etiraz etdiyini xatırladıb:
"Onlar da bu referendumun keçirilməsinin yanlış bir addım olduğunu bilir. Sözü gedən məsələdə İranla müzakirələr olduqca önəmlidir. Vaxtı çatıb, gələcəkdə hər hansı addım atmağa Tehranla ortaq qərar verməliyik" - deyə, Türkiyə prezidenti əlavə edib.