Türkiyə ərazisinə Şimali İraqdan raketlər atıldı, şəhidlər var - BÖLGƏYƏ QOŞUN YERİDİLİR
İraqın şimalından Türkiyə ərazisinə raket zərbələri endirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, zərbələr nəticəsində Hakkari vilayətinin Şəmdinli qəsəbəsində 1 əsgər şəhid olub, bir nəfər dinc sakin həyatını itirib. İki hərbçi, bir yerli sakin də yaralıdır.
Atəş bu gün Türk Silahlı Qüvvələrinin İraq ərazisində anti-terror əməliyyatı keçirdiyi Hakurk bölgəsindən açılıb.
Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına çatdırılıb. Bölgədə genişmiqyaslı əməliyyatların davam etdiriləcəyi gözlənilir.
Bu arada Türkiyə Silahlı Qüvvələri İraqla sərhədə əlavə hərbi kontingent göndərib.