Şirvanda maskalı şəxs mağazadan oğurluq edib - REAL KAMERA GÖRÜNTÜLƏRİ

Naməlum şəxs gecə saatlarında Şirvanda şəhər sakini Abıyev Şamil Famil oğluna məxsus mağazaya girərək, oradan 437 manat pul, telefon konturları və digər əşyalar, ümumilikdə 1100 manatlıq mal oğurlayaraq, aradan çıxıb. Oğrunun mağazaya girməsi təhlükəsizlik kamerasına düşüb. Kameranın görüntülərində maskalanmış oğrunun mağazaya girməsi, kassadan pulu və digər əşyaları götürməsi və mağazadan çıxması aydın görünür.

 

Oğruluq edən maskada olduğundan onun kimliyi hələlik Şirvan polisi tərəfindən araşdırılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı