İŞİD Suriyada rus generalını öldürdü
Suriyada İŞİD silahlılarının minaatandan açılan atəşi nəticəsində general-leytenant Valeriy Asapov öldürülüb.
APA TV-nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, V.Asapov Deyr-əz-Zorda dislokasiya olunan rus hərbi müşavirləri qrupunun rəhbəri vəzifəsində xidmət edib.
Qeyd edək ki, nazirlik artıq V.Asapovun ən yüksək dövlət mükafatına təqdim olunduğunu açıqlayıb.