Gəncədə yanğın - ALOVU SÖNDÜRMƏYƏ 6 MAŞIN CƏLB OLUNDU

Ötən gecə Gəncədə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini 57 yaşlı Rahilə Süleymanovaya məxsus ikimərtəbəli evin ikinci mərtəbəsi yanaraq, yararsız hala düşüb. Yanğını söndürmək üçün əraziyə 6 yanğınsöndürən avtomobil cəlb edilib. Məlumata görə, sahəsi 216 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin tavan hissəsi və bir otaq içərisində olan əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli