Tramp 8 ölkənin vətəndaşlarına ABŞ-a girməyə qadağa qoydu
ABŞ prezidenti Donald Tramp səkkiz ölkənin vətəndaşının ölkəyə girişinə qadağa tətbiq edən qanunu təsdiqləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qanuna əsasən Çad, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela, Yəmən və Somali vətəndaşları bundan sonra ABŞ-a gələ bilməyəcək.
Ağ Evin rəhbəri bunu ABŞ ərazisinə gələn miqrantların seçimində təhlükəsizlik qaydalarına əməl olunmasının mümkünsüzlüyü, habelə terrorçuların girişini əngəlləmək məqsədilə izah edib.
Xatırladaq ki, iyunun 26-da Ali Məhkəmə prezidentin əsasən müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlməsinə qadağanı nəzərdə tutan qanunu tətbiq etməsinə icazə verib.
Bu arada İran tərəfinin qadağaya münasibəti gecikməyib. Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif sənədi ABŞ tərəfinin adı çəkilən ölkələrə siyasətdə qeyri-səmimi olduğunun isbatı kimi dəyərləndirib.