"DQR"in keçmiş "müdafiə naziri"nin məhkəməsi davam edir
Azərbaycanın işğal olunmuş ərazisindəki separatçı rejimin sabiq "müdafiə naziri" Samvel Babayanın məhkəmə prosesi davam edir.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bu günkü prosesdə maddi sübutların tədqiqinə başlanılıb.
İlk olaraq prosesə "İqla" zenit-raket kompleksinin hissələri gətirilib. S.Babayan silahın əsas hissələrinin olmaması səbəbindən onun dəlil kimi qəbul olunmasına etiraz edib. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, Samvel Babayan və onunla bərabər müttəhimlər kürsüsündə əyləşən digər iki şəxs martın 22-də "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığı ittihamı ilə həbs olunub. İstintaqın gedişində ona çirkli pulların yuyulması üzrə də ittiham elan edilib.