Samuxda 77 yaşlı qadın yük maşınının altında qaldı
Samux rayonunda yük maşını piyadanı vurub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Kübra Yusif qızı Bayramova evinin yaxınlığında yolu keçmək istəyərkən yük maşını tərəfindən vurulub.
Ağır vəziyyətdə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına aparılan qadın orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.