Gəncədə 15 yaşlı qızı maşın vurdu
Gəncədə avtomobil piyadanı vurub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Əttarlar küçəsində qeydə alınıb.
Şəhər sakini, 2002-ci il təvəllüdlü Aydan Rzayeva yolu keçərkən “Mercedes” markalı avtomobillə vurulub.
Xəsarət alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.