Bakıda 58 yaşlı qadını "KamAZ" vurdu
Bakıda piyadanı avtomaşın vurub. APA TV-nin məlumatına görə, avtoqəza Binəqədi rayonu ərazisində baş verib.
1958-ci il təvəllüdlü Hacıyeva Nazxanım Bayram qızı yolu keçmək istəyərkən "KamAZ" markalı yük maşınının zərbəsinə tuş gəlib. Nəticədə 59 yaşlı qadın ağır sınıq xəsarətləri alıb. Yaralı elə həmin sürücünün köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.
Yol qəzasının baş verməsi səbəblərini Binəqədi polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.