Ruslar "Ən Nüsra Cəbhəsi"nin 5 komandirini öldürdü
Rusiya aviasiyası Suriyada "Ən Nüsra Cəbhəsi" qruplaşmasına raket zərbələri endirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, əməliyyat İdlib bölgəsində həyata keçirilib.
Zərbələr nəticəsində qruplaşmanın 5 komandiri məhv edilib.
Öldürülən terrorçular sentyabrın 18-də rusiyalı hərbi-polislərə hücum edən şəxslərdir.
Ümumiyyətlə əməliyyat nəticəsində 32 terrorçu zərərsizləşdirilib. Bundan əlavə onların silah anbarı, üzərində pulemyotlar quraşdırılmış avtomobilləri sıradan çıxarılıb.