İraqdakı referendum bölgədə gərginliyi artıracaq - QƏTƏRDƏN MÜNASİBƏT
"İraq şimalındakı referendum Yaxın Şərqin təhlükəsizliyinə ciddi təhdiddir".
APA TV-nin məlumatına görə, bu bəyanatla Qətərin Xarici İşlər Nazirliyi çıxış edib:
"Bu referendum vəziyyətin bundan sonra daha da gərginləşməsi, habelə İraq xalqının parçalanmasına səbəb olmamalıdır. Tərəflər dərhal dialoqa başlamalı və regionda stabillik və təhlükəsiz mühitin təminatına öz töhfəsini verməlidir" - deyə, bəyanatda qeyd edilib.
Xatırladaq ki, 25 sentyabr referendumunun ilkin nəticələrinə görə bölgə əhalisinin 91,83 faizi müstəqilliyin lehinə səs verib.