İŞİD yenidən Bağdad yaxınlığında peyda oldu - 30 POLİS ƏSİR GÖTÜRÜLDÜ
İŞİD yenidən Bağdad yaxınlığında peyda olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular Ramadi şəhərində 30 polisi əsir götürüb.
İŞİD qruplaşması Anbar vilayətinin cənub-qərbindəki polis məntəqəsinə hücum edib. Bundan başqa onlar şəhər administrasiyasının binasına da basqın etmək istəyib.
Sentyabrın 16-da İraq ordusu sözü gedən ərazidə terror qruplaşmasına qarşı əməliyyatlara start versə də, İŞİD ciddi müqavimət göstərir. Hazırda Akaşat, Ana və Rava şəhərləri uğrunda döyüşlər gedir.