Lütfi Zadənin nəşi Bakıya yola salındı
Sentyabrın 6-da ABŞ-da vəfat etmiş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Zadənin nəşi sentyabrın 26-da axşam San-Fransiskodan Bakıya göndərilib.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib.
Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib ki, alimin cənazəsi Bakıya sentyabrın 29-da səhər saatlarında gətiriləcək. Cənazə aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq.
Daha sonra saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Vida mərasimdən sonra mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.