Azərbaycan MİLLİ RƏQSLƏRİNİ OYNAYAN ROBOTLAR

Bakıda XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2013) başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyev “BakuTel-2013” sərgini ziyarət edərək sərgidəki stendlərlə tanış olub.

 

Ölkə başçısına məlumat verilib ki, sərgi meydançası bu il 35% genişləndiriləndirilib, yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirilib.

 

APA Tv-nin xəbərinə görə, bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcək. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edir.

 

Builki sərginin fərqləndirici cəhəti “Bakutel” sərgisinin keçirildiyi müddətdə bütün İKT mütəxəssislərini bir araya gətirəcək zəngin işgüzar proqram olacaq. Proqrama internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “Azərbaycan-İsrail”, “Azərbaycan-ABŞ” İKT forumları daxildir.

 

Sərgidə diqqət çəkən stendlərdən biri də universitet tələbələrinin yeni texnologiyarla hazırladığı robortlardır ki, bu robortlar müxtəlif işlər görə bilir. Yetər ki, robotun başını sığallayasan. Robot hətta Azərbaycan milli rəqslərini də oynaya bilir.

 

BakuTel-2013” sərgisi dekabrın 5-dək davam edəcək.

Müəllif | Apa.Tv