Ağstafada ev əşyaları ilə birlikdə külə döndü
Ağstafa rayonunda ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində Şəmistan Yusifova məxsus evdə qeydə alınıb. Ev sahibi tövlədə heyvanlara yem verərkən evin yandığını görüb. O, alovu özü söndürmək istəsə də, buna gücü yetmədiyini görərək qonşulara və yanğından mühafizə hissəsinə xəbər verib. Əraziyə Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Ev əşyaları ilə birlikdə yanıb. Mənzildən qızıl, pul və sənədləri belə cıxarmaq mümkün olmayıb.
İlkin məlumata görə, yanğına evdəki soyuducuda baş verən qısaqaöanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.