Ziya Məmmədovun bacısı işdən çıxarıldı
Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M.Məmmədova işdən öz ərizəsi əsasında çıxarılıb.
Qeyd edək ki, M.Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.
Təhsil Nazirliyi bir neçə gün əvvəl liseydə araşdırma aparıb.