Nazir: "AZƏRBAYCANA KİBERHÜCUMLARIN 90 faizi xaricdən edilir"

"Azərbaycan da kiberhücumun qurbanına çevrilib. Bu hücumların 90 faizi xaricdən edilir".

 

APA TV-nin xəbərinə görə, Bakıda keçirilən kibertəhlükəsizlik sahəsində qlobal əməkdaşlıq üzrə tədbirdə çıxışı zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə deyib. Onun sözlərinə görə, müəyyən tədbirlər həyata keçirildikdən sonra bu hücumların qarşısı qismən alınıb: "Bu hücumlar sərhədlərarası məsələyə çevrilir. Bunlara bəzən hökumətlər tərəfindən dəstək verilir. Məsələnin tənzimlənməsi üçün beynəlxalq səviyyədə sənəd hazırlanmalı və qəbul olunmalıdır. Bütün dünya resurslarının birləşdirərək ümumi həll yolu tapmalıdır".
 

Nazir bildirib ki, Azərbaycan bu cür hücumların qarşısı həm milli həm də beynəlxalq səviyyədə almaq üçün cəhdlər edib.
 

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamaden Ture dünya əhalisinin 3-də 2-sinin internetdən istifadə etmədiyini deyib. Onun sözlərinə görə, internetə qoşulmalar çoxaldıqca risklərin sayı da artır: "Kibercinayətkar dünyanın istənilən nöqtəsindən istədikləri yerə təhdid yaradırlar. Bir kibercinayətkar bütün ölkənin təhlükəsizliyinə təhdid ola bilər. Bununla mübarizə aparmaq üçün ikitərəfli, həm də çoxtərəfli razılaşmalar əldə olunmalıdır. Qanunvericilik buna uyğunlaşdırılmalı, texniki imkanlar artırılmalı, beynəlxalq və milli səviyyədə koordinasiya edilməli, treninqlər təşkil edilməli və ən əsası beynəlxalq əməkdaşlıq qurulmalıdır".

Avropa PArlamentinin üzvü Kristina Ouland da dünya əhalisinin 39 faizinin internetdən istifadə etdiyini və bu rəqəmin sürətlə artdığını deyib. Onun sözlərinə görə, 2013-cü ilin əvvəlində internetdə 6.5 milyon virus yaradılıb. Dünyada hər saniyədə 18 kibercinayət törədilir.
 

Müəllif | Apa.Tv