Bahar Muradova: "Beş rayonun qaytarılması..."

"Azərbaycan ilə Rusiya arasında münasibətlər yaxşı səviyyədədir".

 

APA TV-nin xəbərinə görə, Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, rəsmi Bakı Rusiya ilə  mövcud münasibətlərin daha yaşxı səviyyə qaldırılması üçün öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirir. Ukraynada baş verən hadisələrə gəlincə, millət vəkili bunları deyib: "Mən tərəfdarı deyiləm ki, hansısa bir ölkədəki vəziyyət Azərbaycandakı vəziyyət ilə müqayisə olunsun və yaxud da birində baş verən hadisələr görə digəri üçün nəticə çıxarılsın. Bu yalnış bir yoldur, bu ölkələrdəki ictimai-siyasi durum, iqtisadi vəziyyət, onların qarşısında dayanan hədəflər, bu hədəflərə getmələri üçün seçdikləri yol fərlidir".

 

Bahar Muradova, həmçinin son zamanlar mətbuatda Ermənistanla Türkiyə arasıda sərhədlərin açılması və beş rayonun qaytarılması ilə bağlı yazıların yayılmasına münasibət bildirib: "Hal-hazırda beynəlxalq dairələr, o cümlədən Ermənistan sərhədlərin açılmasında maraqlıdır. Ona görə də bunula bağlı müxtəlif informasiyalar yayıla bilər. Mən bu informasiyaya baxıb yalnış qərarların çıxarılmasının tərəfdarı deyiləm. Çünki əsas rəsmi danışıqlardır və dövlətlərin rəsmi mövqeyidir. Yalnız onlar ortada olduğu tədqirdə hansısa bir fikir söyləmək və şərh vermək olar."

 

Millət vəkili bildirib ki, Türkiyənin Qarabağ prosesində mövqeyi aydındır.

 

Müəllif | Apa.Tv