Ukraynalı deputat RUSİYA ORDUSUNU KÖMƏYƏ ÇAĞIRDI

Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə Komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib. “Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk deyib. Faktı komitənin üzvü, UDAR fraksiyasının lideri Vitali Kliçko da təsdiqləyib. Ali Rada dekabrın 3-də keçirilək iclasında bu qərar layihəsini müzakirə edəcək.

 

Dövlət quruculuğu və yerli idarəetmə Komitəsinin sədri David Jvaniya hökumətin istefası üçün lazımi miqdarda səs toplanacağına əmin olduğunu deyib. O, Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs veriləcəyini bildirib.  


APA TV-nin xəbərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının parlament fraksiyasından daha bir deputat istefa verib. İnna Boqoslavskaya, David Jvaniya və Nikolay Rudkovskidən sonra Vladimir Melniçenko da istefa verdiyini açıqlayıb. Sevastopol Şəhər Sovetinin hakim Regionlar Partiyasından olan deputatı Sergey Smolyaninov Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putinə ünvanlanan müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir. 

Müəllif | Apa.Tv
Apa.tv