Sabirabadda “Mercedes” piyadanı vuraraq öldürüb
Sabirabadda piyadanın ölümü nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.
Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Rüstəmov Fərid Həsrət oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən Hacıbəbir kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.