Bakıda 7 MAŞIN TOQQUŞDU

Ötən gün axşam saatlarında Bakının mərkəzində zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında 7 maşın toqquşub. Qəzaya avtomobillərdən birinin qarşı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətlərdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.

 

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan isə bildirilib ki, yaralılardan biri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarətləri nisbətən ağır olan 22 yaşlı İlahə Baxşəliyeva isə xəstəxanadadır. Onda sınıqlar aşkarlanıb. İlahə Baxşəliyeva qəzaya uğrayan taksinin sərnişini olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv