Las-Veqasda kazinoda atışma: ölü sayı çoxdur
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.
APA TV-nin məlumatına görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.
Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.