İŞİD-in yaraladığı rus polkovnik Moskvada öldü
Rusiya Silahlı Qüvvələrinin Suriyada yaralanan polkovniki Valeri Fedyanin Moskvada müalicə aldığı xəstəxanada ölüb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Polkovnik sentyabrın 22-də Hama əyalətində humanitar yardım apararkən onun avtomobili terrorçular tərəfindən partladılıb. Nəticədə Fedyanin ağır yaralanıb. O, Suriyadan Rusiya Müdafiə Nazirliyinin Moskvadakı Baş Hərbi Klinikasına gətirilib.
Xatırladaq ki, sentyabrın əvvəlində rusiyalı general-leytenant Valeri Asapov Suriyada həlak olub.