Rəsmi Kiyev müxakifəti dialoqa çağırır - HAKİMİYYƏT BÖHRANI

Ukrayna hakimiyyəti müxalifətə dialoq təklif edib. APA TV-nin xəbərinə görə, bu təklifi ölkənin baş naziri Nikolay Azarov xarici diplomatlarla görüşdə səsləndirib. Onun sözlərinə görə, prezident Viktor Yanukoviç Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu ilə söhbətində də bu barədə danışıb. “Hakimiyyət dialoqa hazırıq”, - deyən Nikolay Azarovun sözlərinə görə, Ali Radanın spikeri də müxalifətə dialoq təklifi verib. Nikolay Azarov müxalifəti parlament binasını zorla ələ keçirməyə hazırlaşmaqda da ittiham edib. Onun fikrincə, Ukraynada baş verənlərdə dövlət çevrilişinin əlamətləri var.

 

Kiyevdə isə Avropaya inteqrasiya tərəfdarlarının aksiyaları davam edir. Ötən gün Müstəqillik meydanında əvvəlki günlərlə müqayisədə daha az adam olub. Amma vəziyyət əvvəlki kimi gərgin olaraq qalır.

 

Prezident Viktor Yanukoviç bəyan edib ki, hüquq-mühafizə orqanları ötən həftə aksiya dağıdılarkən hədlərini aşıblar.

 

Müxalifət liderlərindən biri - “UDAR” partiyasının lideri Vitali Kliçko bəyan edib ki, müxalifətin əsas tələbi hökumət və prezidentin istefası, növbədənkənar seçkilərin keçirilməsidir. Kliçkonun fikrincə, Nikolay Azarovun başçılıq etdiyi hökumət dəyişməsi siyasi böhranın həlli üçün kifayət etməyəcək.

 

UDAR partiyasının lideri bildirib ki, Nikolay Azarovun istefası məsələsi bu gün parlamentin müzakirəsinə çıxarılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv