Rusiya aviasiyası İŞİD-in 7 komandirini öldürdü
Rusiya aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə növbəti dəfə aviazərbələr endirib.
APA TV-nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə terror qruplaşmasının 7 komandiri öldürülüb. Onların arasında qazax əsilli Əbu İslam əl-Qazaxinin də olduğu bildirilir.
Əl-Qazaxinin əsasən Fərat vadisindəki əməliyyatlara rəhbərlik etdiyi açıqlanıb.