SİYƏZƏNDƏ MAŞIN İNƏKLƏ TOQQUŞDU, 3 nəfər yaralandı

 

Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 83-cü km-də, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonun Balaqusar kənd sakini, 1981-ci il təvəllüdlü İsgəndər Hacıyevin idarə etdiyi 38 BE 56 dövlət nömrə nişanlı, “VAZ 21-060” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq öldürüb. Hadisə nəticəsində avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti stabildir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan