Ermənilər atəş açdı, BİR ƏSGƏRİMİZ YARALANDI

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Əlisi Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müəllif | Apa.Tv
Apa.tv