Xaçmazda iki maşın toqquşdu: Dərbənd sakini öldü, 5 yaralı var
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb.
"Azsamand" markalı, 90 AF 285 dövlət nömrə nişanlı və "Lada" markalı minik avtomobilinin toqquşması nəticəsində "Azsamand"da olan Bakı sakinləri - 1984-cü il təvəllüdlü İsmayılova Elnurə Mahir qızı, 1984-cü il təvəllüdlü İsmayılova Aynurə Mahir qızı, 1985-ci il təvəllüdlü Hüseynov Emil Vaqif oğlu, 1989-cu il təvəllüdlü Quliyeva Nərmin Orxan qızı, "Lada"da olan Dərbənd şəhər sakinləri - Şükürova Firəngiz Ayıbovna, 1949-cu il təvəllüdlü Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəsarət alan Dərbənd sakinlərindən biri dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.