Bərdədə "QAZ-24" yük maşını ilə toqquşdu: 1 ölü
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Boyəhmədli kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı yük avtomobili “QAZ-24” markalı minik maşını ilə toqquşub. Nəticədə “QAZ-24”ün sürücüsü, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ravi Bayram oğlu Şükürov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.