Zirədən 97 min manatlıq kabel oğurlayanlar tutuldu
Bakıda kabel oğruları tutulub.
APA TV-nin xəbərinə görə, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən MMC-lərin birindən ümumi dəyəri 97 500 manat olan 1300 metr mis kabelin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinə məlumat daxil olub.
Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Dostumalı Paşayev və Hüsən Bağırov saxlanılıb: "Hüsən göstərdi kabelin yerini, gəlib kəsdik. Apardıq Binəyə yandırdıq. Sonra elə orda qəbul məntəqəsinə verdik".
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.