Səudiyyə kralı Moskvaya belə qədəm qoydu - ESKALATOR XARAB OLDU
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz əl-Səudun Rusiya səfəri ilk anlardan kuryoz hadisə ilə yadda qalıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Vnukovo-2" havalimanında eniş edən kral təyyarəsinin pilləkən-eskalatoru elə kralın endiyi an gözlənilmədən dayanıb.
Kral Salman bir qədər gözlədikdən sonra təyyarədən mühafizəçilərin köməyi ilə enməli olub.