Rus aviasiyası bombaladı: 49 terrorçu məhv edildi
Rusiya aviasiyası "ən-Nüsra Cəbhəsi" qruplaşmasının İdlibdəki mövqelərinə aviazərbələr endirib.
APA TV-nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə səkkizi səhra komandiri olmaqla, ümumilikdə 49 terrorçu məhv edilib.
Bundan əlavə qruplaşmaya aid minlərlə ton silah-sursatın saxlanıldığı nəhəng anbar göyə sovrulub.
Qeyd dək ki, bir qədər əvvəl nazirlik "ən-Nüsra Cəbhəsi"nin 12 səhra komandirinin öldürüldüyünü açıqlamışdı.